Türkiyə qədim "Siloam" kitabəsini İsrailə qaytarmayacaq

Türkiyə qədim "Siloam" kitabəsini İsrailə qaytarmayacaq
20 sentyabr 2025
# 10:55

"Siloam" kitabəsinə görə Türkiyə və İsrail arasında illərdir davam edən mübahisə yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu kitabənin Qüdsə aid olduğunu və geri qaytarılmalı olduğunu bildirib.

Lakin Türkiyə 2700 illik bu tarixi əsərin 1883-cü ildə qanuni şəkildə İstanbul Arxeologiya Muzeyinə gətirildiyini və burada qalacağını bəyan edib.

Sözügedən kitabə qədim Qüdsdə inşa edilən su tunelinin tikinti prosesini təsvir edən və qədim İvrit dilində yazılmış nadir mənbələrdəndir.

Yazılı abidə 1880-ci ildə tapılıb və Osmanlı dövründə İstanbula gətirilib.

İsrailin həmin abidəyə görə müxtəlif dövrlərdə etdiyi təkliflər nəticəsiz qalıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri kitabənin hüquqi və tarixi əsaslarla ölkədə qalacağını bildiriblər.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər