Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı
4 noyabr 2025
# 18:45

“Ulduz” jurnalının oktyabr sayı “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə layihəsi” olaraq işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnal Həsən Kürün şeirləri ilə açılır. “Şeir vaxtı”nı Türk şairi Özgür Bacaksız, Özbəkstandan Mehrinaz Abbas, Rəhmət Babacan, Firuzə Xeyrullayeva, Sevinc Xuşnazarova, Masihullah, Qırğızıstandan Altınbek İsmail, Kıyalbek Kamıtoğlu, Rızkul İzatova, Qazaxıstandan Sayat Kamşıqer, Gülnaz Fayzulla, Monqolustandan Dauletkerey Kapoğlu, Cənubi Azərbaycandan Əli Çağla, Türkmənistandan Faroqat Cabbarova, Azərbaycandan Fərid Hüseyn, İntiqam Yaşar, Taleh Mənsur, Ruslan Dostəli, Xəaylə Sevil, Şükür Əli, Cəmil Cəmilbəyli, Nofəl Ümid , Səddam Laçın, Tural Adışirin, Şahanə Müşfiq, Ayşən Rəhim, Yusif Nazim Ərəbsoy, Valeh Qoca, Qabil Ədalət, Fuad Cəfərli və Elvin İntiqamoğlu davam etdirir.

“Tribuna”da filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Şairin ruh dünyası” yazısında Əhməd Qəşəmoğlu yaradıcılığında mələk və məleykələrdən söz açır. Bakı Dövlət Universitetinin doktorantı Məleykə Mirzəli “Məhtimqulu Fəraqi-300” yazısı ilə türkmən şeirinin günəşini yad edir.

“Nəsr” Rizvan Fikrətoğlunun “Son əlvida”, qazax yazıçı Erkinbek Serikbayın “Bu da bayram günlərində”, Anar Adilin “Şöşü”, Şəfa Vəlinin Sədnik Paşa Pirsultanlının xatirəsinə həsr etdiyi “Ruh quşu”, Yeqzar Cəfərlinin “Ağac oğrusu”, Amin Namazlının “Ömrün işığı”, Elmin Nurinin “Bozqırın mürəkkəb qoxusu”, türk yazıçısı Ənvər Aykolun “Qırmızı və Qara” , Ulucay Akifin “Cin dərəsi”, Aygün Yaşarın “Naməlum əsgər” hekayələrini təqdim edir.

“Dərgidə kitab”da Ramazan Qafarlı ““Salam”ın şeir məkanı” - Mahirə Nağıqızının yaradıcılığından söz açır.

“Dərgidə sərgi”də rənglər dünyası ilə Tünzalə Ağabalayevadır.

# 1886 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər