Türk dünyasının dil birliyinə dəyərli töhfə

Türk dünyasının dil birliyinə dəyərli töhfə
17 yanvar 2025
# 15:10

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabı Türkiyədə nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda türklər arasında əlifba və ünsiyyət problemləri müasir türkologiya elmi baxımından xüsusi əhəmiyyətli bir mövzu kimi təqdim edilir. Türk dünyasında ortaq ünsiyyət dili ilə bağlı müəyyən irəliləyişlər əldə edilsə də, əlifba və imla problemlərinə dair sistemli və hərtərəfli yanaşmanın hələ də formalaşdırılmaması diqqətə çatdırılır. Müəllif vurğulayır ki, mədəni birliyin təmin edilməsi üçün ilk növbədə ortaq əlifba və orfoqrafiya qaydalarının hazırlanması zəruridir.

Kitabda Türk dünyasında ortaq əlifbanın qəbul edilməsinin əhəmiyyəti geniş təhlil olunur. Bu yanaşmanın Türk xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirəcəyi, inteqrasiya proseslərini sürətləndirəcəyi və elmi-tədqiqat işlərinin daha effektiv şəkildə koordinasiyasına töhfə verəcəyi qeyd edilir. Ortaq əlifba təkcə Türk xalqlarının birliyinə deyil, həm də Türk dilinin beynəlxalq miqyasda daha geniş yayılmasına və türkologiya elminin qlobal səviyyədə təsir imkanlarının artmasına şərait yaradacaq.

Türk dünyasında əlifba və imla problemlərinin həlli sadəcə dil məsələsi olmaqdan çıxaraq, həm də mədəni və strateji bir yanaşma kimi böyük əhəmiyyət kəsb edir. Müəllif qeyd edir ki, türklər arasında ortaq yazı sisteminin formalaşdırılması dildəki müxtəlifliyi qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada birləşdirilməsini də nəzərdə tutur.

Kitabın elmi redaktoru tanınmış türkoloq alim, professor Şükrü Haluk Akalındır. Nəşr Avrasiya Yazarlar Birliyinin Bengü nəşriyyatı tərəfindən çap olunub. Bu əsər Türk dünyasının birliyini gücləndirmək üçün dil və mədəniyyət sahəsində atılacaq addımlara dəyərli bir töhfə kimi qiymətləndirilə bilər.

# 2771 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər