Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur
6 dekabr 2025
# 16:00

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında bu il Türk Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.

Dekabrın 6-7-də Nizami Kino Mərkəzində baş tutacaq proqram çərçivəsində müxtəlif türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri təqdim olunur. “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” kimi filmlərin nümayişi , eyni zamanda bu filmlərlə yanaşı, “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.

ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində baş tutan bu proqram, animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyaya çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.

# 1288 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər