Türk dünyası animasiya şəbəkəsinin qurulması təklif edildi

Türk dünyası animasiya şəbəkəsinin qurulması  təklif edildi
30 noyabr 2023
# 10:34

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində noyabrın noyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirin moderatoru Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev qonaqları salamlayaraq dəyirmi masanın məqsədi haqqında məlumat verib.

Daha sonra mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, animasiya mütəxəssisi Oqtay Yusibov, animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digər qonaqlar çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə “Türk Animasiya Şəbəkəsi"nin (Turkic Animation Network) yaradılması və bu sahədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 30-da bir panel sessiya və iki dəyirmi masa ilə işini başa vuracaq.

# 2343 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər