Türk aktyorla israilli nazir arasında qalmaqal

Türk aktyorla israilli nazir arasında qalmaqal
8 aprel 2026
# 11:20

“Eşref Rüya” serialındakı Kadir obrazı ilə tanınan aktyor Görkəm Sevindik İsrail parlamentinin fələstinli məhbuslarla bağlı qərarına sərt reaksiya verib.

Kulis.az xəbər verir ki, aktyor sosial media hesabında paylaşım edərək edam cəzasının genişləndirilməsi ilə bağlı qərarı tənqid edib.

O, paylaşımında “12 min fələstinli məhbusun edamı təsdiqlənib. Onların 4 mini uşaqdır. Xahiş edirəm, susmayın. İnsanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq?” kimi ifadələr işlədib.

Görkəm Sevindikin bu çıxışı İsraildə rezonans doğurub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir aktyoru hədəf alan video paylaşıb.

Nazir videoda “Eşref Rüya”dakı Kadir obrazına işarə edərək, “Sən heç vaxt Kadir baba olmayacaqsan. Biz İsraildə yaşayırıq. Sən türk serialında oynayırsan. Terrorçular üçün edam cəzası artıq qüvvədədir” deyə bildirib.

Məsələ qısa zamanda beynəlxalq müzakirəyə çevrilib. Sosial şəbəkələrdə İsraili dəstəkləyən istifadəçilər aktyora qarşı boykot çağırışları etsə də, türkiyəli istifadəçilər ona dəstək veriblər.

Baş verənlərdən sonra Görkəm Sevindik bildirib ki, paylaşımı bir videodan təsirlənərək edib:

“Edama aparılan insanların son dəfə uşaqlarına baxdıqlarını gördüm. Bir ata kimi empatiya qurdum və belə bir zülmə qarşı çıxmaq istədim”.

Aktyor əlavə edib ki, hər cür zorakılığa qarşıdır və bu mövqeyinin arxasında dayanır:

“Vicdanı olan hər kəs müharibəyə qarşı olmalıdır. Mən sadəcə normal bir insanın verməli olduğu reaksiyanı verdim”.

"LÜTFEN SUSMAYIN" DEMİŞTİ 1

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər