“TRT” radiosunda “Azərbaycan ruzigarı”

“TRT” radiosunda “Azərbaycan ruzigarı”
29 dekabr 2023
# 17:26

Yanvarın 7-dən etibarən Türkiyənin “TRT TÜRKÜ” radiosunda “Azərbaycan ruzigarı” proqramı yayımlanacaq.
Kulis.az xəbər verir ki, proqramda Azərbaycanın xalq mahnıları və milli muğamlarımız səsləndiriləcək.

Bu barədə layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib:

“Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə, muğamlarımız, xalq mahnılarımız Türkiyədə hədindən artıq çox sevilir və sənətçilərinin ifalarında tez-tez səslənir. Qardaş Türkiyədə ölkəmi təmsil etməkdən qürur hissi keçirirəm. Türkiyənin dünyadakı nüfuzu, coğrafi yerləşməsi, həm də bir çox başqa səbəblərdən “Azərbaycan ruzigarı”nın sədalarının ölkə xaricinə çıxacağına çox inanıram. Proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışacağıq. Təbii ki, "Azərbaycan ruzigarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şerlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumatlar veriləcək, tarixi günlərimiz yad ediləcəkdir. Odur ki, hər kəsi qarşıdan gələn ilin yanvar ayından etibarən “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Vətənimin hər bir fərdini qarşıdan gələn Həmrəylik Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, azərbaycanlı olduğum üçün fəxr edirəm”.

Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, proqram 2024-cü il yanvarın 7-dən etibarən həftənin hər bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da yayımlanacaq.

Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu "Azərbaycan ruzigarı" verilişi 2018-2023 illər ərzində Türkiyə telekanallarından birində Azərbaycan ədəbiyyatını, mədəniyyətini və coğrafiyasını təbliğ edib. “TRT TÜRKÜ” radiosunda yayımlanacaq proqram “Azərbaycan ruzigarı” layihəsinin yeni formatıdır.

# 1876 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər