"Transformerlər"in ulduzu təqsirkar olduğunu boynuna aldı

"Transformerlər"in ulduzu təqsirkar olduğunu boynuna aldı
4 iyun 2026
# 15:23

"Transformerlər" filminin ulduzu Şaya Labaf ABŞ-nin Yeni Orlean şəhərində "Mardi Qra" festivalı zamanı baş vermiş insidentlə əlaqədar üç döyülmə epizodu üzrə təqsirkar olduğunu boynuna alıb.

Kulis.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, 17 fevral 2026-cı ildə Labaf restoranların birində özünü aqressiv aparıb. İşçi aktyoru çölə çıxarıb və orada o, zərərçəkənlərdən birinə zərbə endirib. Daha sonra aktyor məkana qayıdaraq həmin şəxsə yenidən zərbələr endirib, ardınca isə ikinci şəxsi vurub. Zərbə zərərçəkənin burnuna dəyib.

Məhkəmə Labafa iki illik sınaq müddəti təyin edib. Şərti cəza şərtlərinə əməl olunmasının yoxlanılacağı növbəti dinləmə iyulun 15-nə planlaşdırılıb.

Qeyd edək ki, hələ 2026-cı ilin fevralında "Channel 5 with Andrew Callaghan" yutub kanalına verdiyi müsahibədə Labaf davranışının qəbuledilməz olduğunu etiraf etmişdi. Bununla belə, aktyor asılılıqdan müalicə almaq üçün reabilitasiya mərkəzinə qayıtmaq niyyətində olmadığını bildirmişdi:

"Davranışım çox pis idi. Mən bu məsələni həll etməliyəm. Amma bu o deməkdirmi ki, mən yenidən reabilitasiyaya getməliyəm? Mən bunu istəmirəm. Cavabların orada olduğunu düşünmürəm. Fərqli düşünsəydim, gedərdim".

Məlumat üçün bildirək ki, 2026-cı ilin mart ayının sonlarında Şaya Labafın Yeni Orleandakı evinin yaxınlığında yerləşən tennis klubunun üzvlərini də qorxudub hədələdiyi barədə xəbərlər yayılmışdı.

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər