“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?
5 avqust 2026
# 16:30

ABŞ-nin məşhur musiqi yarışması "The Voice" uzun illərdən sonra ən böyük format dəyişikliyinə imza atır.

Kulis.az xəbər verir ki, NBC kanalı layihənin 31-ci mövsümünü sıravi istedadlar yerinə tanınmış simaların yarışacağı "The Voice: Celebrity" konsepti ilə təqdim edəcək.

Yeni mövsümdə aktyorlar, musiqiçilər, sosial şəbəkə fenomenləri, idmançılar, komediyaçılar və realiti-şou ulduzları birinci olmaq üçün səhnəyə çıxacaqlar.

Format dəyişikliyi ilə yanaşı, proqramın aparıcı və münsif heyətində də ciddi dəyişikliklər edilib.

Şounun yarandığı 2011-ci ildən bəri dəyişməz aparıcısı olan Karson Dali öz yerini Keke Palmerə təhvil verəcək, Dali isə layihədə icraçı prodüser kimi fəaliyyətini davam etdirəcək.

2027-ci ilin yazında yayımlanması planlaşdırılan xüsusi mövsümdə münsif kreslosuna Co Conas əyləşəcək. Onu bu payızda başlayacaq 30-cu mövsümdən layihəyə daxil olan Kuin Latifa və Rayli Qrin müşayiət edəcəklər.

Qeyd edək ki, ilk dəfə 2010-cu ildə Niderlandda yayımlanan "The Voice" yarışmasının daha əvvəl "The Voice Kids" və "The Voice Generations" kimi müxtəlif versiyaları hazırlansa da, ulduzların yarışdığı bu konsept ABŞ televiziya tarixində ilk dəfə reallaşdırılır.

# 795 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər