"Təbiətin səsi" sərgisi keçirildi

"Təbiətin səsi" sərgisi keçirildi
20 noyabr 2024
# 11:02

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçirilib.

Kulis.az xəbər verir ki, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən dərnək üzvlərinin, Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş etdirilib.

25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı baş tutub. Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov "Gözəl Şuşa", "Bakı haqqında mahnı", "Doğma diyar", "Qarabağ", "Azərbaycan" mahnılarını ifa ediblər.

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər