Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
24 iyun 2026
# 12:00

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Sədayə Mustafayevanın 100 illiyi münasibətilə "Sənətə həsr olunmuş ömür" adlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək Sədayə Mustafayevanın yaradıcılıq yolundan söhbət açıb, onun milli teatr və kino sənətinə bəxş etdiyi dəyərli incilərdən danışıb.

Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli Sədayə Mustafayeva yaradıcılığından danışıb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Çıxışlararası aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər göstərilib, şəkillərindən ibarət videoçarx nümayiş etdirilib.

Sonda Sədayə Mustafayevanın nəvəsi - teatrşünas Anar Ərtoğrul Burcəliyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər