Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi

Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi
30 yanvar 2026
# 16:27

Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə görkəmli dövlət xadimləri, ziyalılar media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yeni yaranmış “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi ilə keçirilən tədbirin yaradıcı və istedadlı gənclərin aşkarlanması və inkişafına xüsusi töhfə verəcəyini, birgə əməkdaşlıq nəticəsində bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini vurğulayıb.

Məruzə ilə çıxış edən birliyin sədri Turanə Orucova 1996-ci ilin fevralın 2-də Müstəqil Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun keçirildiyini, həmin tarixin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Nərimanov rayon Gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov və digərləri çıxış edərək 2 Fevral - Gənclər Gününün əhəmiyyətindən, gənclərin inkişafı istiqamətində həyata keçirilən Dövlət proqramlarından danışıblar.

Tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Süleymanlıya həsr olunmuş xüsusi jurnalın nüsxələri verilib.

İB-nin və Teatr Xadimləri İttifaqının rəhbərlərinin imzası ilə 30 yaradıcı və istedadlı gənc təşəkkürnamə ilə təltif edilib.

Tədbir İB-nin “Zəfər yurdu” ansamblının vətənpərvərlik mövzusunda ifaları ilə davam edib.

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər