Tbilisidə açılan yaradıcılıq sərgisində ölkəmiz də təmsil olunur

Tbilisidə açılan yaradıcılıq sərgisində ölkəmiz də təmsil olunur
14 oktyabr 2022
# 16:40

Oktyabrın 14-də Gürcüstanın paytaxtında 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə Gürcüstan, Ukrayna, Bolqarıstan, Çexiya və digər ölkələrin rəngkarlıq işləri üzrə ixtisaslaşmış şirkət və mütəxəssislərdən ibarət qrupları iştirak edirlər.

Ölkəmizi bu sərgidə “Pirşah” şirkəti təmsil edir.

“Pirşah” şirkəti sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edib.

Eyni zamanda, sərgi çərçivəsində boyama, toxuculuq, rəngkarlıq və sair işlər üzrə ustad dərsləri təşkil olunub.

Azərbaycanlı mütəxəssis Könül Hüseynova iştirakçılar üçün ustad dərsi keçib. K.Hüseynova kəlağayı üstündə boya işləri, milli ornamentlərin təsvirinin düzgün verilməsi və digər sənətkarlıq işləri ilə bağlı təcrübəsini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sərgini ziyarət edən insanlar Azərbaycan pavilyonuna xüsusi maraq göstəriblər.

Başqa ölkələrdən gələn sənət ustaları, mütəxəssislər də Azərbaycan pavilyonunu ziyarət ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov sərgidə olub, Azərbaycanın sənət ustalarının qayğıları ilə maraqlanıb, onlara səfirlik adından lazımi dəstək göstərib.

Sərgi oktyabrın 16-dək davam edəcək.

# 2384 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər