Tarzən Sadıqcanın oğlunun toyundan sonra məşhurlaşan "Segah İslam"

Tarzən Sadıqcanın oğlunun toyundan sonra  məşhurlaşan "Segah İslam"
22 sentyabr 2025
# 11:35

22 sentyabr xalq arasında "Segah İslam" kimi məşhurlaşan tanınmış xanəndə İslam Abdullayevin anım günüdür.

Kulis.az bu münasibətlə Əməkdar artistin həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və onun ifasında "Segah"ı təqdim edir.

İslam Abdullayev 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olub. Uşaqlıq illərində Şuşa şəhər məktəbində təhsil alıb.

Musiqiyə olan marağı ilə seçilib və zaman keçdikcə Azərbaycanın musiqi tarixində "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınıb.

1883-cü ildə musiqişünas alim Mir Möhsün Nəvvab Şuşada "Xanəndələr məclisi" yaradıb və gənc İslam Abdullayevi də bu məclisə dəvət edib.

Beləliklə, o, dövrün tanınmış sənətkarları – Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl və Keştazlı Həşimdən dərs alıb. Eyni zamanda, Sadıqcanın müşayiəti ilə ifa etməyə başlayıb.

İlk dəfə "Segah" muğamını Sadıqcanın oğlunun toyunda oxuyub. Bu ifadan sonra böyük şöhrət qazanıb. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış edib.

İslam Abdullayev uzun illər Azərbaycan Dövlət Estradasının solisti kimi fəaliyyət göstərib.

"Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah", "Xaric Segah" muğamlarını böyük məharətlə və xüsusi şövqlə oxuyub. Bu səbəbdən xalq onu "Segah İslam" adlandırıb.

1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən onun ifasında "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər qramofon vallarına yazılıb.

İslam Abdullayev təkcə ifaçı olmayıb, eyni zamanda pedaqoq kimi də tanınıb. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi tanınmış xanəndələrin yetişməsində böyük rol oynayıb.

Şuşada musiqi məktəbinin direktoru vəzifəsində çalışıb, Gəncədə xalq çalğı alətləri orkestri təşkil edib. Ömrünün son illərində Ağdama köçüb, burada musiqi məktəbində muğam dərsləri verib və bir çox xanəndələrin ustadı olub.

İslam Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat edib.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər