“Tarixin divanı” – 5 seriyalı bədii televiziya filmi AzTV-də - Video

“Tarixin divanı”  – 5 seriyalı bədii televiziya filmi AzTV-də - Video
29 yanvar 2026
# 14:30

AzTV-nin "Sabah" Yaradıcılıq Studiyasının istehsal etdiyi “Tarixin divanı” adlı 5 seriyalı bədii televiziya filmi 30 yanvardan etibarən tamaşaçılara təqdim olunacaq.

Kulis.az xəbər verir ki, filmin ssenari müəllifi İlqar Fəhmidir.

Quruluşçu rejissorlar Ramiz Həsənoğlu və Elnur Qədirov, quruluşçu rəssam Rafael Əsədov, quruluşçu operator Eldar Məmmədovdur. Ekran əsərinin musiqisi tanınmış bəstəkar Cavanşir Quliyevə məxsusdur.

Filmdə xalq artistləri Vidadi Həsənov, Məmməd Səfa, Sabir Məmmədov, Pərviz Məmədrzayev, əməkdar artistlər Şövqi Hüseynov, Ayşad Məmmədov, Elnur Hüseynov, Elman Rəfiyev və digər tanınmış aktyorlar rol alıblar.

“Tarixin divanı”nın ilk üç seriyasında XX əsr Azərbaycan tarixinin görkəmli simaları – inqilabçı Nəriman Nərimanov, istiqlalçılar Məhəmmədəmin Rəsulzadə və Fətəli xan Xoyski, eləcə də məşhur milyonçular Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev (Muxtarov) Birinci dünya müharibəsi, milli azadlıq və inqilabi hərəkatlar fonunda təqdim olunacaq. Qəhrəmanlar tarixi hadisələrə, öz mövqelərinə və qarşı tərəfin fəaliyyətinə subyektiv qiymət verir, qarşılıqlı ittihamlar səsləndirir, dövrün və erməni–azərbaycanlı konfliktinin mahiyyətini üzə çıxarmağa çalışırlar.

Filmdə eyni zamanda inqilabi düşərgə daxilində baş verən daxili mübarizəyə də diqqət yetirilir. Şərti olaraq “millətçi” və “beynəlmiləlçi” qrupların təmsilçiləri kimi Mir Cəfər Bağırov, Ayna Sultanova, Həmid Sultanov və Əliheydər Qarayev arasında gedən qarşıdurmaların Azərbaycan xalqını erməni millətçiləri qarşısında necə zəiflətdiyi dramatik şəkildə təqdim olunur.

Ekran əsərinin son iki seriyası isə Azərbaycan tarixinin daha erkən, XVIII–XIX əsrlərin qovuşuğuna təsadüf edən mürəkkəb dövrünə həsr olunub. Səfəvilər dövlətinin zəifləməsi, Nadir şahın hakimiyyətə gəlişi, Bakı, İrəvan, Gəncə, Qarabağ, Quba və Şəki xanlıqlarının həm Nadir şah və Qacar hökmdarları ilə, həm də bir-biriləri ilə apardıqları mübarizə filmin əsas xəttini təşkil edir. Bu daxili çəkişmələrin nəticəsində Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı və bölgədə ermənilərin sayının artması sonrakı tarixi faciələrin kökü kimi göstərilir.

“Tarixin divanı” filminin anonsunu linkə keçid edərək izləyə bilərsiniz:

# 1581 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər