Tarixi kəşf: İsa Məsihin nadir freskası tapıldı

Tarixi kəşf: İsa Məsihin nadir freskası tapıldı
16 iyun 2026
# 13:30

Türkiyədə arxeoloqlar İsa Məsihin "Yaxşı çoban" obrazında təsvir olunduğu nadir freska aşkar ediblər.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

III əsrə aid edilən bu qədim rəsm İznik şəhəri yaxınlığındakı yeraltı türbədə tapılıb. Freskada İsa çiyinlərində çəpiş və ayaqlarının dibində dörd heyvan olan gənc bir çoban kimi təsvir edilib.

Arxeoloq Gülsen Kutbay qeyd edib ki, bu, İsanın açıq-aşkar Roma üz cizgiləri ilə təsvir edildiyi çox nadir freskalardan biridir. Ekspertlərin sözlərinə görə, bu tapıntıya xüsusi əhəmiyyət qazandıran əsas amil onun tarixi kontekstidir:

Belə ki, 325-ci ildə məhz Nikeyada (hazırkı İznik şəhəri) xristianlığın əsas sənədlərindən biri olan Nikeya İman Simvolu qəbul edilib. Lakin bu tarixə qədər xristianlar Roma imperiyası ərazisində amansız təqiblərə məruz qalırdılar.

Mütəxəssislər vurğulayırlar ki, xaç xristianlığın əsas simvoluna çevrilməzdən əvvəl məhz "Yaxşı çoban" obrazı xilas və ilahi müdafiə ideyalarını ifadə edən ən populyar simvol olub.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər