Tarixi dəyişən sevgi hekayəsi - Milli Sevgililər Gününün pərdəarxası

Tarixi dəyişən sevgi hekayəsi - Milli Sevgililər Gününün pərdəarxası
30 iyun 2025
# 09:30

Bu gün Azərbaycanda Milli Sevgililər günüdür.

Kulis.az-ın məlumatına görə, bu günün qeyd edilməsi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

Onların toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

Fərizə Allahverdiyeva isə 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurub.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb anasıgilə aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxıb.

İlham həmin gecə indiki "20 Yanvar" dairəsində vurulub. İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər, amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bu faciəyə tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurlar. Gecə hər kəs yuxuya getdikdən sonra Fərizə bir qab sirkəni içərək intihar edib.

O, bətnindəki körpəni də özü ilə məzara aparıb.

# 1958 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər