Tanınmış musiqiçi vəfat etdi – Səbəb

Tanınmış musiqiçi  vəfat etdi – Səbəb
14 avqust 2026
# 11:50

İspaniyalı musiqiçi, rəssam və rejissor Viktor Mariya Aparisio Abundansiya 67 yaşında Qalisiya regionunda baş verən velosiped qəzasında həyatını itirib.

Kulis.az xəbər verir ki, 1958-ci ildə Tui şəhərində anadan olan sənətkar 1970-ci illərin sonlarında pank səhnəsində başladığı yaradıcılıq yolunu 40 ildən artıq müddətdə musiqi, komiks, kino və klip sahələrində uğurla davam etdirib.

Yaradıcılıq fəaliyyətinə 1979-cu ildə təsis etdiyi "Los Coyotes" qrupu ilə başlayan sənətçi İspaniyada latın ritmlərini rok musiqisi ilə sintez edən pionerlərdən biri olub.

1992-ci ildə qrupun fəaliyyətinə son qoyulduqdan sonra o, təsviri sənət, komiks və kliprejissorluğu sahələrinə yönəlib.

"Los Rodríguez" qrupunun "Milonga" klipinə və Qalisiyada populyar olan "Carmiña Vacaloura" animasiya layihəsinə imza atıb.

1995-ci ildən solo musiqi karyerasına başlayan sənətçi "Jaguarundi" bəstəsi ilə diqqət çəkib və bu əsər İspaniya Velosiped Turunun ("Vuelta a España") rəsmi saundtreki seçilib.

O, 2024-cü ildə "Si te falta calle" adlı komiks albomunu təqdim edib və bu ilin may ayında "Kann" festivalının xüsusi qonağı olub.

# 697 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər