Tammetrajlı bədii film layihələrə dəstək

Tammetrajlı bədii film layihələrə dəstək
30 noyabr 2021
# 14:02

“Tammetrajlı bədii film layihələrə dəstək 2022” müsabiqəsi elan edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsi elan edib.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə elan edilən müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət Nazirliyinin saytından əldə etdiyimiz məlumata görə, müsabiqə tammetrajlı bədii film kateqoriyasında sərbəst mövzuda keçirilir.

Qeyd edək ki, müsabiqədə layihənin istənilən mərhələsində – ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur.

Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

1-ci mərhələ – Layihələrin qəbulu

2-ci mərhələ – Bədii seçim

3-cü mərhələ – Pitçinq

4-cü mərhələ – Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi.

Qəbul şərtlərinə əsasən müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil prodüser mərkəzləri və studiyalar iştirak edə bilər. Müstəqil fəaliyyət göstərən müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzləri, film istehsalı studiyaları və audiovizual məhsul istehsal edən digər qurumlar vasitəsilə təqdim etməlidirlər.

Geniş məlumatla bu linkdən tanış ola bilərsiniz: http://mct.gov.az/az/bfdestek2022

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər