Tamara Sinyavskaya ilə görüş keçirildi

Tamara Sinyavskaya ilə görüş keçirildi
29 avqust 2024
# 10:10

Avqustun 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli sənətçinin yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib.

Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib. Müğənninin bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Sonra həmin dövlət təltifləri təntənəli şəkildə sənətkara təqdim olunub.

Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

Sonda sənətçi ilə xatirə şəkilləri çəkdirilib.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər