“Tam məxfi” serialının çəkilişlərinə başlanıldı

“Tam məxfi” serialının çəkilişlərinə başlanıldı
10 yanvar 2023
# 17:20

Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kulis.az'a verilən məlumata görə, mistik janrda olan serial “Tam məxfi” adlanır.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan serialın tizer-treyleri artıq yayımlanıb. Tizerdən aydın olur ki, filmin baş qəhrəmanı yuxularında gələcəyi görən, ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir. Dəniz 12 yaşında itkin düşür və 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza iş birliyi təklif edirlər, baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanırlar.

Qeyd edək ki, çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.

# 3945 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər