Tahir Salahovun qəbirüstü abidəsi ucaldıldı

Tahir Salahovun qəbirüstü abidəsi ucaldıldı
22 may 2026
# 16:15

Xalq rəssamı Tahir Salahovun məzarüstü abidəsi qoyulub.

Kulis.az xəbər verir ki, bu barədə onun qızı, rəssam və heykəltəraş Aydan Salahova sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın Xalq rəssamı Tahir Teymur oğlu Salahovun vəfatının ildönümündə onun məzarüstü abidəsi açılıb. Abidənin müəllifi bacım Alagöz Salahovadır. O, çox səy göstərdi, amma təəssüf ki, işinin nəticəsini görmədən dünyasını dəyişdi. Abidə Tahir Salahovun Azərbaycana həsr olunmuş “Odlar yurdu” monumental triptixi əsasında qurulub. Xəzər dənizinin təcəssümü olan bürünc elementlər, sanki, rəsmdən aşağı enir” deyə, mərhum rəssamın qızı qeyd edib.

Xatırladaq ki, Tahir Salahov 2021-ci il mayın 21-i vəfat edib. O, Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Tahir Salahovun qızı, aktrisa və rəssam Alagöz Salahova isə 2023-cü ildə Bakıda dünyasını dəyişib.

# 1081 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər