Tacikistan portalında Fikrət Əmirov haqqında material yerləşdirildi

Tacikistan portalında Fikrət Əmirov haqqında material yerləşdirildi
31 mart 2022
# 13:50

Tacikistanın “faraj. tj” portalında böyük Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illiyi münasibətilə tacik dilində material yerləşdirilib.

Kulis.az xəbər verir ki, məqalədə Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Qeyd olunur ki, F. Əmirov Gəncədə əslən Şuşadan olan xanəndə və bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib.

Bildirilir ki, Fikrət Əmirovun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, yaşadığı mühitin mühüm təsiri olub. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu Üzeyir Hacıbəylinin olduğu qeyd edilir.

Yazıda Fikrət Əmirovun həyatı, yaradıcılığı, əsərləri, operaları, baletləri, simfonik muğamları, vokal əsərləri, musiqili komediyaları, teatr tamaşaları və kinofilmlərə yazdığı musiqilər haqqında məlumatlar öz əksini tapıb.

Vurğulanır ki, Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri onun simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.

Qeyd olunur ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Filarmoniyası, Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən bir sıra musiqi məktəbi Fikrət Əmirovun adını daşıyır.

# 3927 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər