Şuşaya yerli və xarici fotomüxbirlərin səfəri baş tutacaq

Şuşaya yerli və xarici fotomüxbirlərin səfəri baş tutacaq
31 oktyabr 2022
# 16:20

Şuşaya yerli və xarici fotomüxbirlərin səfəri baş tutacaq

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılır.

Layihə rəhbəri Fərhad Abdulov bildirir ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 nəfər gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq. Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaqdır. Bundan əlavə layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq. Növbəti mərhələdə

Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya kimi şəhərlərində fotosərgilər təşkil olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibidir, Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır.

# 2790 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər