Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı oldu

Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı oldu
27 iyul 2026
# 13:51

Şuşada görkəmli yazıçı və ictimai xadim Yusif Vəzir Çəmənzəminliyə həsr olunan "Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində" adlı kitabın təqdimat mərasimi keçirilib.

Kulis.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli bildirib ki, nəşrdə Çəmənzəminliyə dair müxtəlif məxəzlərdə son vaxtlar aşkar edilmiş bir sıra materiallar ilk dəfə ictimaiyyətə təqdim olunur.

Yazıçının nəvəsi, professor Leyla Vəzirova çıxışında qeyd edib ki, Yusif Vəzir Çəmənzəminlinin irsi indiyədək tam şəkildə nəşr olunmayıb və külliyatının təxminən yarısı hələ də işıq üzü görməyib.

Onun sözlərinə görə, xarici ölkələrin arxiv və kitabxanalarında, eləcə də şəxsi fondunda saxlanılan materialların toplanaraq çoxcildlik şəklində nəşri mühüm əhəmiyyət daşıyır.

Professor Firudin Qurbansoy isə araşdırmalar nəticəsində Çəmənzəminlinin "Qədim kitab", "Məhərrəm" romanlarını və "1905-ci il" adlı uşaq pyesini yazdığının müəyyən edildiyini, lakin həmin əsərlərin hələ də tapılmadığını bildirib. O, həmçinin yazıçının "Tərtər" adlı roman üzərində də işlədiyinin məlum olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən alim və tədqiqatçılar Çəmənzəminlinin milli dövlətçilik ideyaları, ana dilinin qorunması, folklorşünaslıq və maarifçilik sahəsindəki xidmətlərindən danışıblar.

Təqdimatdan əvvəl iştirakçılar Yusif Vəzir Çəmənzəminlinin Şuşadakı evinin qalıqlarını ziyarət ediblər.

Qeyd edək ki, "Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində" kitabı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyi tərəfindən nəşr olunub.

# 816 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər