Şuşada I Türk Dünyası Mədəniyyət Forumu işə başladı

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu  işə başladı
13 oktyabr 2023
# 16:41

Oktyabrın 13-də Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub.

Kulis.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, mədəniyyət naziri Adil Kərimli, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edir.

Əvvəlcə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən, Şuşada təşkil olunun tədbir və festivallardan bəhs edən videoçarxa baxılıb, həmçinin ədəbi-bədii proqram təqdim olunub.

Mərasimin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisidir.

Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bərpa-quruculuq işləri davam edir.

Adil Kərimli diqqətə çatdırıb ki, türk dövlətləri birliyinin güclənməsində və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulduğunu vurğulayıb.

S.Raev TÜRKSOY-un türkdilli xalqlar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər gördüyünü deyib.

Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, BTA-nın prezidenti, akademik Şahin Mustafayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər.

Bildirilib ki, türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb edib.

Qeyd edək ki, Forum işini üç panel üzrə davam etdirəcək. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılacaq.

Forum oktyabrın 14-dək davam edəcək.

AZƏRTAC

# 2379 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər