“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olundu

“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olundu
19 oktyabr 2024
# 11:13

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən “Şuşa” adlı film “Stigmart” məşhur musiqili yayım platformasında yerləşdirilib.

Kulis.az xəbər verir ki, beynəlxalq layihə olaraq “Altea Media” şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərinin ifası ilə müşayiət olunur. Eyni zamanda, Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir.

Filmdə AzTV, Milli Arxiv İdarəsi və “Azərxalça” ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən “Mezzo TV”də də yayımlanması nəzərdə tutulur.

# 2419 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər