Şuşa haqqında yeni kitab çap olundu

Şuşa haqqında yeni kitab çap olundu
9 iyul 2022
# 10:43

Şuşa şəhəri haqqında yeni kitab çap olunub.

Kulis.az xəbər verir ki, hüquqşünas, araşdırmaçı İsmayıl İsmayılovun müəllifi olduğu “Bizim qala” kitabında Şuşa şəhərinin həm işğal, həm də zəfər tarixindən sonrakı memarlığını əks etdirən maraqlı məlumatlar əksini tapıb.

Kitab “Zərdabi” nəşriyyatında 300 tirajla çap olunub.

Kitabın redaktoru Kərim Kərimlidir.

Müəllif Kulis.az-a kitab haqqında bunları da deyib:

“Burada Şuşa şəhərinin 8 may 1992-ci ildə işğala məruz qalması və 44 günlük Vətən müharibəsi nəticəsində 8 noyabr 2020-ci ildə müzəffər ordumuzun şücaəti sayəsində azad edilməsinə də toxunulub. İşğaldan azad ediləndən sonra şəhərdə və digər azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa, təmir və quruculuq işlərindən, Şuşada artıq ənənəyə çevrilmiş mədəni tədbirlərin keçirilməsindən də qısa şəkildə məlumat verilir. Kitabda məhz Şuşanın Azərbaycana, Azərbaycan xalqına məxsusluğunun maddi sübutu olduğuna görə mənfur düşmən tərəfindən dağıdılmış yüzlərlə memarlıq abidəsinin işğala qədər və azad ediləndən sonra eyni rakursdan çəkilmiş şəkillərinin geniş şəkildə verilməsi və müqayisəli təqdim edilməsi erməni vandalizminin dəhşətli miqyasını əyani surətdə göstərir. Kitabın elektron variantı saytlarda da yerləşdiriləcək və ödənişsiz olaraq yükləmək imkanı yaradılacaq. Şuşamız üçün uğurlu olsun!”

# 3608 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər