Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirildi

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirildi
13 avqust 2025
# 15:21

Sumqayıtda Beynəlxalq Gənclər Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə, eləcə də Danimarka, Rumıniya, Türkiyə, Polşa, İtaliya, İspaniya və Qazaxıstandan gələn tələbə gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Bələdiyyə sədri iştirakçılara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdırıb və Beynəlxalq Gənclər Günü münasibətilə təbriklərini ifadə edib.

O, Sumqayıtda həyata keçirilən sosial və infrastruktur layihələri barədə ətraflı məlumat verərək, xüsusilə gənclərin inkişafına yönəlmiş təşəbbüslərin daim dəstəkləndiyini vurğulayıb.

Qeyd olunub ki, "Şəhər rəhbərliyi gənclərin potensialının reallaşması üçün hər zaman şərait yaradır və onların təşəbbüslərini dəyərləndirir".

“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə isə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, bu gün ölkəmizdə gənclərə xüsusi önəm verilir.

Xarici könüllülər də öz çıxışlarında Sumqayıtda gördükləri isti münasibətdən və onlara yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sonda iştirakçılara hədiyyələr təqdim edilib.

# 1516 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər