“Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi keçirildi

“Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi keçirildi
3 dekabr 2024
# 15:49

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun
birgə təşkilatçılığı ilə “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda jurnalistlər üçün təlim keçirilib.

Kulis.az xəbər verir ki, təlimçi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli olub.

Qeyd edək ki, ictimai fikir fenomeni kimi insanların düşüncələrinə təsir göstərən, ideyanın daha çevik və müasir formada ifadə edilməsinin yeni metodlarını özündə birləşdirərək jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdıran “storytelling” artıq müasir publisistikanın predmeti olmaqdan kənara çıxaraq daha geniş anlam kəsb etməkdədir.

Ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının mümkünlüyü, publisistik üslubun hipermətnə çevrilməsi, köşə yazarlığının dinamik formaları və cəlbediciliyinin artırılması jurnalistikanın müzakirə etdiyi, həllinə çalışdığı müasir çağırışlardandır. “Storytelling”in
hazırda beynəlxalq trendə çervilmiş standartlarını, daha geniş anlamda isə müasir narratologiya nəzəriyyələrini mənimsəmək mətnin, nitqin, ümumiyyətlə nəql etmənin bütün formalarında fikrin düzgün, anlaşılan olması və ictimai təsir gücünün artırılması baxımdan mühüm əhəmiyyətə malikdir.

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər