Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...
28 iyun 2025
# 15:30

Görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi, "Oskar" mükafatlı Stiven Spilberq təqaüdə çıxmayacağını açıqlayıb.


Kulis.az xəbər verir ki, “Yura dövrü parkı”, “Şindlerin siyahısı”, “İndiana Cons və tale məbədi”, “Müharibə atı” kimi filmlərlə tanınan 78 yaşlı usta rejissor “Universal Pictures”in təşkil etdiyi tədbirdə yeni layihələri barədə də danışıb: "Mən hələ də bir çox filmlər çəkirəm və təqaüdə çıxmaq kimi bir planım yoxdur. Heç vaxt."

Spilberq daha əvvəl verdiyi bir müsahibədə "Ümid edirəm ki, bir gün vestern (qərb) janrında film çəkəcəyəm." - demişdi.


Spilberqin növbəti layihəsi ilə bağlı maraqlı gözləntilər davam edir. Son olaraq “The Fabelmans” filmi ilə gündəmdə olan məşhur rejissor, indi isə yeni bir UFO (naməlum uçan obyekt) filmi çəkməyə hazırlaşır.


Qeyd edək ki, filmin premyerası 12 iyun 2026-cı ilə planlaşdırılıb.

# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər