“Stalin” pyesinin premyerası keçirildi

“Stalin”  pyesinin premyerası keçirildi
20 dekabr 2021
# 18:00

Azərbaycanın Xalq yazıçısı Elçinin yeni yazdığı “Stalin” pyesinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyerası göstərilib.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Stalin kimi ziddiyyətli, mürəkkəb xarakterli şəxsiyyətin otuz il nəhəng Sovet imperiyasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi repressiyalar zamanı milyonlarla insan məhv edilmiş, sürgünə, işgəncələrə məruz qalmışdır. Kim idi “yoldaş Stalin?”. Qaniçən bir zalım, yoxsa ölkənin inkişafı və gələcəyi naminə çalışan böyük dövlət xadimi? Bu suallara birmənalı cavab vermək mümkün deyil. “Stalin” pyesi də bu sualları qarşıya qoyur və onlara yüksək bədiiliklə cavab axtarır.

Əsərə Rusiyanın tanınmış rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rəssam Tatyana Melnikova, bəstəkar Andrey Şoşkindir (Rusiya). Baş rolları Yaqub Zeynalov (Stalin), Marina Litvinenko (Olqa Aleksandrovskaya), Rüstəm Kərimov (Partiya kuratoru), Zaur İsgəndərov (Nazirlər kuratoru), Oleq Əmirbəyov (Təlükəsizlik kuratoru), Zaur Terequlov (Ticarət kuratoru) ifa ediblər.

Xalq yazıçısı Elçinin dram əsərləri artıq çoxdan ölkəmizin sərhədlərini aşmışdır. Onun “Mənim sevimli dəlim”, “Şekspir”, “Qatil”, “Teleskop”, “Sənətkarın taleyi” və s. kimi pyesləri müxtəlif dillərə tərcümə edilərək, dünyanın Ankara və İstanbul, Nyu-York və London, Moskva və Sankt-Peterburq, Roma və Seul və digər böyük şəhərlərinin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların rəğbətini qazanmışdır.

Qeyd edilməlidir ki, böyük uğurla keçən “Stalin” tamaşası, Elçinin S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan doqquzuncu pyesidir.

# 3109 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər