Ssenari müsabiqəsinin finalçıları elan edildi

Ssenari müsabiqəsinin finalçıları elan edildi
1 iyul 2024
# 12:15

"Arxa cəbhənin insanları" qısametrajlı ssenari müsabiqəsinin finalçıları elan edilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi müsabiqənin təşkilatçlarının verdiyi məlumata görə, müsabiqəyə 50 ssenari qəbul olunub.

Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov və kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari keçib.

Ssenariləri müəlliflərin soyadlarının əlifba sırası ilə təqdim edirik:


Arifoğlu Elçin – “Ürəkdəki cəbhə xətti, cəbhə xəttindəki ürək”

Dadaşov Nicat – “Otaq”

Qəhrəmanov Asif – “Köhnə soba”

Qurban Qubadzadə, Əlibəy Məmmədli, Süleyman Süleymanzadə – “Yun çubuğu”

Heydərova Ülviyyə – “Bir, iki, üç”

Xanəlizadə Elxan – “Tarla qızları”

Mahmudova Sevinc – “Əmanət”

Məmiyev Amil (Amal) – “Şuşa, mən səni sevirəm”

Mirmehdi Ağaoğlu, Muxtarov Mətləb – “4420”

Nəsibli Leyla – “Əsgər çəkmələri”

Rzayev Elnur (Paşa) – “Söyüd ağacı”

Səfərov Hacı – “Qısa paslar, uzun peşmanlıqlar”

Yusubova Şəfa – “Əziz Emil”

Qalib ssenarilər 2 avqust Milli Kino günü öncəsi elan ediləcək.

Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları:

I yer – 2000 AZN

II yer – 1500 AZN

III yer – 1000 AZN

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir.

# 2361 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər