“Spartak” serialının davamı çəkilir

“Spartak” serialının davamı çəkilir
11 fevral 2023
# 15:30

Amerikanın "Starz" kabel kanalı 2010-cu ildən 2013-cü ilə qədər yayımlanan "Spartak" serialının davamı hazırlayır.

Kulis.az xəbər verir ki, "Spartak" yaradıcısı Stiven S. DeKnight orijinal seriyanı genişləndirəcəyini və yeni layihənin ssenarisini yazacağını bildirib.

"Spartak" Romada qulların və qladiatorların ən böyük üsyanlarından birinin lideri olan Spartakın hekayəsindən bəhs edir. İlk sezonu 2010-cu ilin yanvarında yayımlanan serial qısa zamanda tamaşaçılar arasında populyarlıq qazanıb. Lakin baş rol ifaçısı Endi Whitfieldin səhhətində yaranan problemə görə ikinci sezonun istehsalı gecikib. Aktyora müalicə üçün vaxt verilib və o vaxta qədər"Spartak: Arena Tanrıları" prekvel mini-serialını çəkmək qərara alınıb. Lakin Whitfieldin xəstəliyi tezliklə qayıdıb. Akatyor 2011-ci ildə vəfat edib. "Spartak: İntiqam" və "Spartak: Lənətlənmişlərin müharibəsi" adlı növbəti iki mövsümdə isə Liam Makintayr baş rol alıb.

"The Hollywood Reporter"in verdiyi məlumata görə, qarşıdan gələn davam serialı qul ordusunun məğlubiyyətinin nəticələrini təsvir edəcək: "Onun süjeti xəyanətin, hiylənin və qanın məşum kölgəsində baş verən yeni hekayəyə həsr olunacaq".

# 2350 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər