“Sözün repressiyası” sənədli filmi təqdim edilib

“Sözün repressiyası”  sənədli filmi təqdim edilib
17 noyabr 2022
# 15:40

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilən “Sözün repressiyası” sənədli filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən Səlim Babullaoğlu bu il ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə böyük şairlər Əhməd Cavad və Hüseyn Cavidin yubiley tarixlərinin qeyd olunduğunu söyləyib. Bildirib ki, filmin təqdimatı bu yubileylərlə üst-üstə düşməsi qanunauyğundur, çünki həmin adlar 1937-ci il amansız Stalin repressiyalarına məruz qalmış ədiblərimizin parlaq simvollarıdır.

“Filmdə represiya qurbanlarına çevrilən 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır. Qarşımızda bir məqsəd dururdu ki, tamaşaçı filmə baxarkən o dövr haqqında aydın təsəvvür əldə etsin. Biz həmin görkəmli aydınlarımızı, əslində bizi müstəqilliyə doğru aparan şəhidlərimizi dərin ehtiramla anırıq”, - deyə Səlim Babullaoğlu bildirib.

Filmin rejissoru Rafiq Həşimov Mədəniyyət Nazirliyinə, filmin yaradıcı heyətinə və zala toplaşanlara təşəkkürünü bildirib.

Təqdimat zamanı Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev filmdə repressiya illərində xalqımızın başına gətirilən müsibətlərin əks olunduğunu bildirib və həqiqətlərimizin geniş kütləyə çatdırılması baxımından belə ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra film nümayiş olunub.

Filmdə Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Repressiya Qurbanları Muzeyinin direktoru Mirabbas Məmmədov, filologiya üzrə fəlsəfə doktorları Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.

# 2295 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər