Şövqi Hüseynov beynəlxalq festivalda diplomla təltif edildi

Şövqi Hüseynov beynəlxalq festivalda diplomla təltif edildi
9 oktyabr 2023
# 18:40

Gənc Tamaşaçılar Teatrı "Kontrabas" monotamaşa ilə Almaniyanın Hannover şəhərində keçirilən "Körpü" Beynəlxalq festivalında iştirak edib. Teatr festivala Xalq artisti İrina Perlovanın quruluşunda alman yazıçısı Patrik Züskindin "Kontrabas" pyesi əsasında hazırlanan eyniadlı monotamaşa ilə qatılıb.

Kulis.az xəbər verir ki, teatrdan verilən məlumata görə, bir hissəli səhnə əsərində kontrabasçı rolunu ifa edən Əməkdar artist Şövqi Hüseynov "Sənətkarlığa və səhnə varlığının parlaqlığına” görə nominasiyası üzrə diplomla təltif edilib.

Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.

Xatırladaq ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivallarda müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.

# 2510 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər