Şou-biznesdə növbəti tarix yazıldı - “Best of Aygun 40”

Şou-biznesdə növbəti tarix yazıldı - “Best of Aygun 40”
10 aprel 2026
# 13:27

Xalq artisti Aygün Kazımovanın zəngin yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomu təqdim edilib.

Kulis.az xəbər verir ki, sənətçinin Azərbaycanda bir ilk olan albomuna fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, “Avroviziya” təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək onun 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.

Hər bir müğənni bu layihəyə xüsusi hazırlaşıb, albom üzərində aylarla iş gedib, mahnılara fərqli çalarlar qatılıb.

Layihə yalnız musiqi baxımından deyil, vizual və konseptual tərəfdən də xüsusi şəkildə hazırlanıb. Bunun üzərində böyük bir komanda çalışıb, xüsusi animasiyalar qurulub, qrafik elementlər hazırlanıb. Eyni zamanda müğənninin yutub “cover” dizaynında qaşlarla bütləşdirilmiş “Diva” obrazı yerləşdirilib.

Layihənin əsas məqsədi Azərbaycan şou-biznesində birliyi nümayiş etdirmək, musiqiyə hörməti ön plana çıxarmaq və milli estradaya yeni nəfəs gətirməkdir.

“Best of AYGUN 40” albomu Aygün Kazımovanın rəsmi musiqi platformalarında və yutub hesabında dinləyicilərin ixtiyarına verilib.

Bu layihə sadəcə albom deyil – illərin hitlərini yeni nəfəs, yeni səslər və yeni yanaşma ilə bir araya gətirən xüsusi musiqi hadisəsidir. Layihənin rəhbəri Ruslan Ağayev, musiqi prodüseri İsmayıl Əsədov, meneceri isə Elvin Elxandır.

# 1103 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər