"Sonuncu dəfə İlbərlə Bakıda Elçinlə birlikdə görüşmüşdük..." - Xalq yazıçısı Anar

"Sonuncu dəfə İlbərlə Bakıda Elçinlə birlikdə görüşmüşdük..." - Xalq yazıçısı Anar
21 mart 2026
# 13:30

Kulis.az Xalq yazıçısı Anarın "Əlvida, İlbər" yazısını təqdim edir.

Dünyanın bu qarışıq vaxtında Türkiyədən acıdan-acı bir xəbər gəldi: İlbər Ortaylı dünyasını dəyişib.

Uzun illərdən bəri mənim ən yaxın, ən etibarlı dostlarımdan idi.

Türkiyədə, Azərbaycanda, Moskvada, Strasburqda dəfələrlə görüşüb, çox məhrəm, səmimi söhbətlər etmişik.

Martın 13-də, ad günümdən bir gün əvvəl "Şərq-Qərb" nəşriyyatı çoxcildlik "Söz dünyası" kitabımın 5-ci cildini mənə təqdim etdi.

Bu cildə türk dünyasının bir çox görkəmli yaradıcıları, alimləri haqqında yazılarım və onlardan bəzilərinin mənim barəmdə yazdıqları mətnlər daxildir.

Bu yazılar sırasında İlbərin "Anar barədə" adlı son dərəcə dəyərli yazısı da var. Martın 14-də isə ağır bir xəbər aldım: İlbər vəfat eləyib.

Müxtəlif ölkələrdə yaşadığımız üçün az-az görüşürdük.

Ancaq hər görüşümüzdə qarşılıqlı zənginləşər, qayğılarımızı bir-birimizlə bölüşər, fərəhli hadisələrə - o cümlədən, Qarabağın azad olunmasına birlikdə sevinərdik.

Sonuncu dəfə İlbərlə Bakıda Elçinlə birlikdə görüşmüşdük.

İlbər Elçinin də, mənim də dostumuz idi.

Amma ilk növbədə Azərbaycanımızın etibarlı dostu, sevincimizə sevinən, kədərimizə kədərlənən idi.

Əcdadları Krım tatarlarından olan İlbər bütün türk dünyasının dürüst tarixçisi, ardıcıl araşdırıcı və dəqiq tədqiqatçısı idi.

İndi nə Elçin var, nə İlbər. Allah itirdiyim dostlarımın hamısına rəhmət eləsin. Qəbirləri nurla dolsun bu nurlu insanların.

16.03.2026

# 1591 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər