Şöhrət Arifin şeirlər kitabı çap olundu

Şöhrət Arifin şeirlər kitabı çap olundu
7 iyul 2026
# 12:35

Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin “Məktubdur ömrüm” adlı şeirlər kitabı Bakıda Azərbaycan dilində nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb. Topluda sevgi və həsrət, zaman və tale, insan və Tanrı, yol və yaddaş kimi əbədi mövzular çağdaş poetik təfəkkür prizmasından təqdim edilir.

Nəşr Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin daha da möhkəmləndirilməsi və çağdaş özbək poeziyasının Azərbaycan oxucusuna təqdim edilməsidir.

Kitabın redaksiya heyətində Azərbaycan və Özbəkistanın tanınmış ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri təmsil olunurlar. Nəşrin Azərbaycan dilinə uyğunlaşdırılmasını Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı həyata keçiriblər. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir. Bədii rəyçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.

Kitabın giriş hissəsində Arzu Bağırovanın “Tanıtım” məqaləsi və Əkbər Qoşalının geniş “Ön söz”ü yer alıb. Hər iki yazıda Şöhrət Arifin yaradıcılıq xüsusiyyətləri, eləcə də Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin tarixi, bu əlaqələrin inkişaf perspektivləri ətraflı təhlil edilir.

# 731 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər