Siz NZS-in harasında qalırsınız? - Nihat Pir yazır...

Siz NZS-in harasında qalırsınız? - Nihat Pir yazır...
19 fevral 2023
# 12:55

4 gündür, internetsizəm. İnternetin pulunu ödədiyim halda, durduq yerdə kəsildi. Ora zəng, bura zəng, axırda belə cavab aldım ki, məndə olan provayder Xətai rayonundan çıxıb. Deyirəm, çıxıbsa, adam əvvəlcədən müştərisinə xəbər eləməz? Üstəlik, 3 gün qabaq ödəniş də etmişəm. Cavab ala bilmədim.

Xülasə. Başqa bir provayder tapdım. Ünvanı izah elədim. Cümə günü zəng gəlib ki, müəllim, sizin ev NZS-in harasındadır? Deyirəm, nə NZS? Mən NZS-də yaşamıram axı. Deyir, necə yəni orada yaşamırsınız? Bizə elə dedilər axı. Zəng vurmuşam operatora ki, NZS nədir? Siyahıya baxıb cavab verir ki, Yusif Səfərov 36 c demisiniz. Deyirəm, hə. Deyir, ora hara yaxındır? Deyirəm, Ali Məhkəməyə, Neftçilər Xəstəxanasına, Leyla Şıxlınskayaya. Deyir, hə, siz Ali Məhkəməmin yanındakı NZS-də yaşayırsınız? Deyirəm, ay xanım, mənimlə məzələnirsiniz? Burada NZS var? Deyir, üzrlü sayın, onda bu günü qalsın, sabah əməkdaşlarımız gələr.

Dünən günortaya yaxın zəng gəlib, açmışam. Deyir, qardaşım, internetə görə zəng vurmuşam. Dedim, buyur. Dedi, biz gəlmişik NZS-ə, sadəcə bir şey soruşum, sizin ev tərəfdə bizim provayderin qutusu var? Dedim, mən NZS-də yaşamıram, Allah haqqı. Sizi ora yönləndirəni NZS-də basdırsınlar. Mən Xətaidə yaşayıram, sizin qutu da burada var. Oğlan qayıtdı ki, onda "konum" atın, gələk. Atdım. Operatora zəng eləmişəm ki, bəs axı dünən izah etdim ki, mən NZS-də yox, Xətaidə yaşayıram. Qız qayıdasan ki, bəli, müəllim, Ali Məhkəmə tərəfdəki NZS, hə? Səbrimi basıb təzədən izah edirəm ki, Ali Məhkəmə tərəfdəki NZS deyə bir anlayış yoxdur. Siz ev sahibinin də sizə verdiyi ünvana baxın, bəlkə, o nəyisə qarışdırıb. Qız baxdı, cavab verdi ki, müəllim ünvan olaraq, Yusif Səfərov 36 c yazdırıb. Dedim, əla. Bəs mən nə yazdırmışam? Dedi ki, Yusif Səfərov 36 c. Dedim, əla. Bəs bu NZS söhbəti haradan çıxıb? Dinmədi. Azca gözləyib üzr istədi və dedi ki, bu gün çatdıra bilməyəcəklər, sabab yaxınlaşıb interneti çəkəcəklər.

İndicə yenə zəng gəlib. Açmışam. Allaha and olsun, salamlaşandan sonra ilk cümlə bu oldu: qardaş, siz bu NZS-in hansı tərəfində qalırsınız?

# 3749 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər