Siyavuş Novruzov: "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"

Siyavuş Novruzov:  "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"
16 sentyabr 2025
# 12:37

Özəl iaşə obyektlərinin adı birinci ingilis, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır.

Kulis.az APA- ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, özəl sektorda dövlət dilinin normaları pozulur: "Özəl iaşə obyektlərində, müəssisələrdə, ticarət obyektlərində ilk növbədə dövlət dilinin tələbləri nəzərdə tutulmalıdır. Bəzi hallarda rast gəlirik ki, Azərbaycan dili üçüncü sırada yazılır. Birinci ingilis, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır. Azərbaycan dilinin normaları pozulur. Bu qanun qəbul edildikdən sonra dövlət dili norması əsas dil norması kimi tətbiq olunacaq”.

Qeyd edək ki, layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər