Sinəsi açıq, qısa ətəklə... - Deputatdan müəllimlərlə bağlı çağırış

Sinəsi açıq, qısa ətəklə... -  Deputatdan müəllimlərlə bağlı çağırış
4 sentyabr 2025
# 17:00

Son günlər bir neçə məktəbdə müəllimlər vahid geyim formasına keçirlər. Əlbəttə, formaya keçən hər məktəbdə istər rəng, istər dizayn bir-birindən tamamilə fərqlənir, yəni ölkə üzrə eynilik demək olar ki, yoxdur. Müəllimlər özləri də tez-tez vahid forma olarsa, daha yaxşı olar kimi fikirlər bildirirlər. Amma illərdir yay-qış demədən, müəllimləri qara ətək, ağ köynəklə işə gedən görürük. Həqiqətən də, ehtiyac varmı vahid formaya?

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, vahid formaya ehtiyac yoxdur:

“Azərbaycanda müəllimlər hər zaman rəsmiliyi qoruyublar. Xüsusilə orta və yaşlı nəsil səliqəli və rəsmi geyimə üstünlük verirlər. Ona görə də düşünürəm ki, müəllimlərin vahid geyimə keçməsinə ehtiyac yoxdur. Bu məsələ heç dünyada da müzakirə olunmur. Sadəcə birmənalı olaraq, müəllimlər dar köynəklə, şalvarla, qısa ətəklə, sinəsi açıq, toy və ziyafət üçün nəzərdə tutulan paltarlarla məktəbə getməli deyillər. Hərdən tədbirlərdə, yaxud sosial şəbəkələrdə bu cür geyinən müəllimlərlə qarşılaşırıq. Onların dar, yaxud açıq geyinməsi narahatedicidir. Ümumiyyətlə bu məsələləri məktəbdaxilində tənzimlənməlidir.

Müəllimlərə tövsiyə edirik ki, geyimlərinə fikir versinlər. Onlar şagird üçün nümunədir. Şagird müəllimə baxıb, geyimini formalaşdırır. Təsəvvür edin, yuxarı siniflərə dərs deyən müəllim qısa və ya dar geyimlə məktəbə gəlir. Həmin siniflərdə oxuyanlar həddi-buluğa çatmış, çox məsələni dərk edən gənclərdir. Bu, onların psixikasına, düşüncəsinə təsir edir. Buna görə də, hər müəllim geyiminə nəzarət etməlidir. Eləcə də direktorlar sözügedən məsələni diqqətdə saxlamalıdırlar ki, problemlər yaranmasın” .

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər