Şindan qalasının arxeoloji kəşfiyyatında yeni izlər

Şindan qalasının arxeoloji kəşfiyyatında yeni izlər
18 avqust 2026
# 13:30

Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən biri olan Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb.

APA-nın cənub bürosu xəbər verir ki, Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvələrindən birində, İran sərhədinə yaxın ərazidə yerləşən Şindan qalası bölgənin mühüm tarixi-arxeoloji abidələrindən biridir.

Aparılan vizual müşahidələr nəticəsində yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, ərazidə yeni arxeoloji izlər müəyyən edilib.

Belə ki, Şindan qalası ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacağı) qeydə alınıb. Ərazinin müşahidəsi zamanı sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səthdə qaya divarına xas nizamlı hörgünün görünmədiyi və giriş hissəsinin təbii qayanın aşınması nəticəsində yaranmışa bənzədiyi müəyyən edilib.

Bununla yanaşı, sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın sahədə təxminən 22 × 22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları, eləcə də keramika fraqmentləri müşahidə edilib.

Quruluşun funksional təyinatı hələ dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunması ehtimal edilir. Ərazidə qeydə alınan keramika materialları ilkin olaraq orta əsrlər dövrü ilə əlaqələndirilir, lakin onların dəqiq xronoloji mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əlavə tipoloji və laborator tədqiqatlara ehtiyac var.

Şindan qalası artıq tərk edilmiş memarlıq obyekti kimi təqdim edilir. Qalanın təxminən 7000 fut hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyi, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğu, lakin həmin dövrdə artıq dağıldığı bildirilir.

Daha yuxarı hissədə ikinci daş divarın, müxtəlif tikili xarabalıqlarının, ən hündür nöqtədə isə düz daş platforma, sisterna (su çəni) və uzunsov formalı bir tikilinin yerləşdiyi təsvir olunur.

1833-cü il təsvirində müdafiə divarlarının artıq həmin dövrdə dağılmış vəziyyətdə qeyd edilməsi 193 il sonra yerüstü monumental qalıqların nədən aydın görünməməsini, abidənin uzunmüddətli təbii aşınma və dağılma prosesinə məruz qalmasını aydın izah edir.

Yazılı mənbələrlə yanaşı, abidənin adı və coğrafi mövqeyi də onun tarixi funksiyası haqqında müəyyən mülahizələr yürütməyə imkan verir.







# 397 dəfə oxunub

Oxşar xəbərlər

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

12:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər