"Simpsonlar" serialının yaradıcısından növbəti gələcək proqnozu

"Simpsonlar" serialının yaradıcısından  növbəti gələcək proqnozu
30 iyul 2025
# 11:20

“Simpsonlar” serialı 1989-cu ildəki premyerasından bu yana bütün dövrlərin ən uzunömürlü cizgi televiziya şousu və sitkomu olub.

Bununla belə, bir çox izləyicilər serialın nə vaxt bitəcəyini və ümumiyyətlə, bitib-bitməyəcəyini maraqla gözləyir.

Kulis.az xəbər verir ki, San Dieqodakı “Comic-Con” tədbirində çıxış edən “Simpsonlar” filminin yaradıcısı Mett Qröninq bildirib ki, "serialın hələlik sonu görünmür, yalnız Donald Tramp öləndən sonra başa çatacaq"- zarafatla qeyd edib.

Daha sonra o, üstüörtülü şəkildə Donald Trampa eyham vuraraq əlavə edib: “Kiminsə öldüyünü biləndə, "Simpsonlar" serialı küçələrdə rəqs səhnələri ilə qeyd olunacaq. Lakin Prezident (J.D.) Vance rəqsi qadağan edəcək”.

“Simpsonlar” serialı gələcəyi proqnozlaşdırmaqda kifayət qədər maraqlı və müzakirə doğuran bir tarixçəyə sahibdir.

Məsələn, 2000-ci ildə yayımlanan bir epizodda Donald Trampın ABŞ Prezidenti olacağı, daha sonra isə 2015-ci ildə yenidən seçiləcəyi proqnozlaşdırılmışdı.

Qeyd edək ki, “Simpsonlar” serialı 40 illik yubileyini qeyd etmək üçün 2028–2029 mövsümündə davam edəcək və dörd mövsüm də əlavə olaraq yenilənəcək.

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər