Şimali Kiprə həsr edilmiş rəsm əsərləri nümayiş olundu

Şimali Kiprə həsr edilmiş rəsm əsərləri nümayiş olundu
18 dekabr 2025
# 15:42

Azərbaycan Rəssamlar İttifaqında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə müxtəlif yaş qruplarından olan rəssamların Azərbaycan və Şimali Kiprə həsr etdikləri əsər nümayiş olunub.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner ölkələrimiz arasındakı əlaqələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, Şimali Kiprlə Azərbaycan arasında çox güclü bir könül bağı mövcuddur. “Bu bağ kökləri qədim tarixə dayanan, dərin və sarsılmaz bir qardaşlıqdır. Biz bu qardaşlığı daha da möhkəmləndirmək, bu əlaqələri daha güclü etmək üçün kiçik, lakin mənalı bir addım atmaq istədik. Bu gün sərgidə nümayiş olunan əsərlər həqiqətən çox dəyərlidir. Həm peşəkar, həm də həvəskar azərbaycanlı rəssamlar ölkələrimizin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirən əsərlərlə iştirak ediblər”,- deyə U.Turqaner əlavə edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, digər mədəniyyət xadimlərimiz kimi, rəssamlar da Şimali Kipr Türk Cümhuriyyətinə xüsusi diqqət göstərir, zaman-zaman bu ölkəyə səfər edərək orada əsərlər yaradırlar. Bu əsərlər Azərbaycan rəssamlarının Şimali Kipr haqqında təsəvvürlərinin bədii əksidir. Layihə ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə töhfə verməklə yanaşı, Şimali Kiprin turizm potensialının tanıdılması baxımından da əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Şimali Kiprdə keçirilməsi nəzərdə tutulur”.

YAP Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva vurğulayıb ki, qardaşlıq bağları mənəvi dəyərlərin yüksək səviyyədə təzahürüdür. Onun sözlərinə görə, bu cür sərgilər ölkələrarası əlaqələri möhkəmləndirir və Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişafına töhfə verir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər çıxışçılar da sərgi barədə fikirlərini bölüşüblər.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

# 1236 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər