Səyyad Ağbabalının yeni kitabının təqdimatı oldu

Səyyad Ağbabalının yeni kitabının təqdimatı oldu
21 may 2023
# 11:00

Bu gün tanınmış jurnalist Səyyad Ağbabalının çapdan çıxan növbəti kitabı - "Ağbaba" poemasının təqdimat mərasimi baş tutub.

Kulis.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən təqdimat mərasimində ictimai-siyasi xadimlər, ziyalılar, yazıçılar, müəllifin sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabın ön səhifələrində Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan haqqında müxtəlif vaxtlarda söylədiyi fikirlər, habelə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etdiyi çıxışından seçmələr yer alıb.

Kitabda dağlar diyarı kimi şöhrətlənən Ağbaba mahalının tarixi, mədəni irsi, ənənələri, milli-mənəvi adətləri əks olunub. Poemada epik təsvirlər, lirik-emosional ovqatın poetik harmoniyasında iki obraz sənətkarlıqla canlandırılıb: bu obrazlardan biri Ağbaba və onun tarixi taleyi, digəri isə müəllifin özüdür. Poemanın bütün ruhu Qərbi Azərbaycanlıları, o cümlədən də Ağbabalıları doğma torpaqlara, əzəli yurd yerlərinə qayıdışa səsləyir.

Tədbirdə çıxış edənlər müəllifin yeni əsərini yüksək qiymətləndirərək, kitabın tariximizin unudulmaması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğulayıblar. Bildirilib ki, ömrünün müdrik çağlarında qələmə aldığı “Ağbaba” poeması ilə Səyyad Ağbabalı “bir ömür yaşadım ağlı-qaralı” publisistik əsərinə sanki bir sirdaş yaradıb.

# 2742 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər