Seymur Baycan: "Ən pisi də odur ki, ruhən azad deyillər"

Seymur Baycan:  "Ən pisi də odur ki, ruhən azad deyillər"
22 oktyabr 2025
# 16:05

Kulis.az Seymur Baycanın azərbaycanlı müəlliflərin problemləri ilə bağlı yazdığı "Facebook" statusunu təqdim edir.

Yuxular, psevdolirika, psevdohəyat, psevdoromantika, psevdofəlsəfə, infantil xatirələr, infantil mövzular Azərbaycan ədəbiyyatının ağır bəlalarıdır.

Əlbəttə, bu bəlaları yaradan səbəblər var. Nəsr ənənəsi zəifdir, üstəlik, yazıçılar dəhşətli dərəcədə az oxuyurlar. O qədər az oxuyurlar ki, adam dəhşətə gəlir. İstər-istəməz düşünürsən: Bu qədər məsuliyyətsizlik olar? İnsan məşğul olduğu bir işə necə belə dırnaqarası baxa bilər?

Sən hekayə yazırsan, roman yazırsan, yazıçılıq iddiasındasan, amma Azərbaycan şifahi və yazılı ədəbiyyatından ən vacib nümunələri, əsərləri oxumamısan.

Nağılları oxumamısan (bütün nağılları) , dastanları oxumamısan (bütün dastanları), aşıqları oxumamısan (vacib aşıqları), Axundovu oxumamısan (bütün əsərləri), Mirzə Cəlili oxumamısan (bütün əsərləri), Haqverdiyevi oxumamısan (bütün əsərləri), Cəfər Cabbarlını oxumamısan (bütün əsərləri), Çəmənzəminlini oxumamısan (bütün əsərləri), Abdulla Şaiqi oxumamısan (əksər adamlar Abdulla Şaiqi “Xoruz”, “Keçi” şeirlərinin müəllifi kimi tanıyır, amma Abdulla Şaiqin çox ciddi xatirələri var və mənim şəxsi müşahidələrimə görə o xatirələri çox az adam oxuyub), Ordubadini oxumamısan (romanları, hekayələri, xatirələri), Fəthi Xoşginabini oxumamısan (“İki qardaş”, “Ata”), Pənahi Makulunu oxumamısan (bütün əsərləri), Süleyman Rəhimovu oxumamısan (“Mehman”, “Saçlı”, bəzi hekayələri), Süleyman Vəliyevi oxumamısan (“Mübahisəli şəhər”, “Düyünlər”) Sabit Rəhmanı oxumamısan (hekayələri, povestləri, “Nina”), Əbülhəsəni oxumamısan (“Dünya qopur”, “Tamaşa qarının nəvələri”), Mehdi Hüseyni oxumamısan (“Səhər”), Mirzə İbrahimovu oxumamısan (“Pərvanə”, “Gələcək gün”), Bayram Bayramovu oxumamısan (bütün əsərləri), Həsən Seyidbəylini oxumamısan (“Cəbhədən cəbhəyə”, “Tərsanə”, “Telefonçu qız”), Hüseyn Abbaszadəni oxumamısan (“General”, bütün povestləri), Ələviyyə Babayevanı oxumamısan (“Adamlar və talelər”, povestləri), Əlibala Hacızadəni oxumamısan (romanları, povestləri), İsi Məlikzadəni oxumamısan (hekayələri, bütün povestləri)...

Mən hazırda yadıma düşənləri yazdım. Daha ciddi siyahı tutmaq olar. Oxumaq deyəndə mən sistemli oxumaqdan danışıram. Nağıllardan, dastanlardan, aşıqlardan, Axundovdan başlayıb düz indiki ədəbiyyata qədər bütün ciddi əsərləri, yazıçıları oxumalısan. Məktəbdə, universitetdə qiymət almaq üçün oxuduqların (əslində, əzbərlədiklərin), ordan-burdan on-on beş kitab oxumaq, qətiyyən oxumaq sayılmır. Xahiş edirəm, heç kim özünü aldatmasın.

Dəhşətli dərəcədə az oxumaqdan əlavə, yazıçıların ictimai-siyasi məzmunda mövqeləri yoxdur, dərin hisslər keçirmirlər, bəşəri düşünmürlər, azad deyillər.

Ən pisi də odur ki, ruhən azad deyillər. Ona görə də düşüncədə böyüyə bilmirlər. Ortaya infantil xatirələr, məhsullar çıxır.

# 2516 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər