Sevilən rok qrupu “Okean Elzy” növbəti dəfə Bakıda

Sevilən rok qrupu “Okean Elzy” növbəti dəfə Bakıda
6 iyul 2023
# 16:00

Ukraynanın sevilən, dünya şöhrətli rok qrupu “Okean Elzy” avqustun 17-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, xeyli sayda pərəstişkar kütləsi olan əfsanəvi rok qrupu maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq.

Qrupun musiqiləri bənzərsiz texnikası və təsiredici sözləri ilə ruhun dərinliklərinə nüfuz edir, konsertləri isə tamaşaçılara səmimiyyət və sevgi dolu emosional anlar bəxş edir.

Qeyd edək ki, Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir. 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər