"Sevgi insanı canından bezdirmək üçün göydən göndərilmiş bir şeydir..." - Dolli Partondan unudulımaq deyimlər

"Sevgi insanı canından bezdirmək üçün göydən göndərilmiş bir şeydir..." - Dolli Partondan unudulımaq deyimlər
28 avqust 2026
# 11:05

Kulis.az bugünlərdə vəfat edən məşhur müğənni Dolli Partonun yaddaqalan deyimlərini təqdim edir.

Axmaq sarışın zarafatlarından incimirəm, çünki axmaq olmadığımı bilirəm; həm də onsuz da sarışın deyiləm.

***

Bu qədər ucuz görünməyin xərci çox ağırdır.

***

Yaxşı ki, qadın doğulmuşam, yoxsa bir "dreq-quin" olardım.

***

İnsanlar həmişə məndən saçımı düzəltməyin nə qədər vaxt apardığını soruşurlar. Bilmirəm, axı mən heç vaxt orada olmuram!

***

Sevgi insanı canından bezdirsin deyə - göydən göndərilmiş bir şeydir.

***

Zəif damarım həmişə yemək və kişilər olub. Ardıcıllıqla desək: əvvəl yemək, sonra kişilər.

***

Kitablarda yazılan bütün pəhrizləri sınamışam. Kitablarda olmayan bəzilərini də yoxlamışam. Axırda kitabı yeməyə çalışdım və dadı əksər pəhrizlərdən daha ləzzətli idi.

***

Məncə, göy qurşağını görmək istəyirsənsə, yağışa dözməlisən!

***

Xoşbəxt göründüyüm üçün məni bəsit düşüncəli sanırlar. Niyə də xoşbəxt olmayım axı? İstədiyim hər şeyə və daha artığına sahibəm. Bəlkə də, həqiqətən sadə biriyəm. Bəlkə də, bu işin sirri məhz bundadır: sadəlikdə.

***

Həmişə belə düşünmüşəm: qarşında gülümsəməyən birini görsən, ona öz təbəssümünü bəxş et!

***

Fırtınalar ağacların kökünü daha dərinlərə salmasına səbəb olur.

***

Getdiyin yolu sevmirsənsə, yeni bir yol salmağa başla.

# 677 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər