"Sevənlərindir dünya"nın premyerası anşlaqla keçdi

"Sevənlərindir dünya"nın premyerası anşlaqla keçdi
24 iyun 2023
# 13:03

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ard-arda nümayiş olunan "Sevənlərindir dünya" (Əmir Pəhləvan) tamaşasının premyerası anşlaqla keçib.

Kulis.az xəbər verir ki, quruluşçu rejissoru Elməddin Dadaşov olan bu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) – iki gəncin sevgi hekayəsindən bəhs olunur.

Qeyd edək ki, səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

İki gün ardıcıl təqdim olunan premyerada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Güldanə Əzimova, Nərmin Əliyeva, Mehriban Rəcəbova, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak ediblər.

Tamaşaçılar yaradıcı heyəti hərarətli alqışlarla qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər